AZ

BMT Kamboca-Tailand münaqişəsi ilə bağlı iclas keçirəcək

BAKI, 24 iyul. TELEQRAF

BMT Təhlükəsizlik Şurası Kambocadan Tailandla sərhəd münaqişəsinin gərginləşməsi ilə bağlı fövqəladə iclas keçirmək tələbi alıb və məsləhətləşmələr aparır.

Teleqraf xəbər verir ki, BMT-ninTəhlükəsizlik Şurasının sədri vəzifəsini icra edən Pakistanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

"Prezidentliyə Kambocadan Şuranın fövqəladə iclasının keçirilməsi ilə bağlı müraciət daxil olub, iclasla bağlı məsləhətləşmələr aparılır", - məlumatda qeyd edilib.

Xatırladaq ki, iyulun 24-də səhər saatlarında Kamboca-Tayland sərhədində, Oddar Myeonq əyalətində mübahisəli sərhəd zonası yaxınlığında münaqişə başlayıb. Tailand ordusu Kambocanın mövqelərinə zərbələr endirmək üçün döyüş təyyarələrindən istifadə edib. Kamboca Müdafiə Nazirliyi ordunun silahlı müdaxiləyə cavab olaraq özünümüdafiə üçün hərəkət etdiyini bildirib.

Tailandın səhiyyə nazirliyinin məlumatına görə, münaqişə nəticəsində azı 11 mülki şəxs və bir əsgər həlak olub. R

Seçilən
44
2
teleqraf.com

3Mənbələr