“Qvadalaxara”nın 37 yaşlı meksikalı veteran mərkəz hücumçusu Xavyer Ernandes Meksika Futbol Federasiya (FMF) tərəfindən cərimələnib.
Arena.az məlumat verir ki, buna səbəb “Çiçarito” təxəllüslü futbolçunun qadınlar haqda söylədiyi fikir olub.
Belə ki, Ernandes qadınların ev işləri məşğul olmalarını onlar tərəfindən ataxaqanlıq olaraq qiymətləndirməməli olduğunu vurğulamışdı.
Meksika Futbol Federasiyası məsləyə münasibətini və Ernanedesi cərimələməsini belə əsaslandırıb:
“Bir neçə gün öncə “TikTok” platformasında Xavyer “Çiçarito” Ernandes seksist stereotipləri təbliğ edən, kütləvi infirmasiya vasitələrində zorakılıq kimi qiymətləndirilən və idmanda gender bərabərliyinə zidd olan bəyanatla çıxış edib.
Bu səbəbdən, Meksika Futbol Federasiyanın gender məsələləri və müxtəlifliyi üzrə Komissiyası bəyan edir ki, təşkilat bu qəbildən davranışların nəticəsinin qarşısını almağa və Xavyer Ernandesə maliyyə cəriməsi təbiq etməyə və müvafiq qanun pozuntusunun təkrar yol veriləcəyi halda, Komissiyanın daha sərt tədbirlər görəcəyi haqda xəbərdar edir”, – rəsmi bəyanatda deyilir.
Əlavə edək ki, Xavyer Ernandesin bəyanatı ənənələrə dəyər verən meksikalılar arasında böyük dəsdək qazanmışdı, buna rəğmən feminist cəbhə “Çiçarito”nu “top atəşənə tutmuşdu”.
Xatırladaq ki, Ernandesin açıqlaması daha əvvəl saytımızda dərc edilmişdi.