AZ

Uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib

Uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri Xətai rayonunda yerləşən 202 saylı körpələr evi-uşaq bağçasının müdiri Simuzər Paşayeva və həmin uşaq bağçasının təsərrüfat işləri üzrə müdir müavini Qənirə Kazımovanın qanunsuz əməlləri barədə rayon prokurorluğunda aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaqla Simuzər Paşayeva və Qənirə Kazımovanın qeyd olunan vəzifələrdə işlədikləri müddətdə öz qulluq mövqeyindən istifadə edərək onlara etibar edilmiş xeyli miqdarda dövlət vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan şəxslərə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilməklə cinayət işi 18 aprel 2025-ci il tarixdə aidiyyəti üzrə Xətai rayon məhkəməsinə göndərilib.

Eyni zamanda həmin tarixdə cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə təqdimat göndərilmişdir.

Seçilən
43
9
apa.az

10Mənbələr