AZ

Türkiyədə meşə yanğınında ölənlər var -

Türkiyənin Eskişehir vilayətində baş vermiş meşə yanğını nəticəsində on işçi həlak olub. Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, yanğınla bağlı ölkənin Baş Prokurorluğu tərəfindən istintaq başladılıb. Bu barədə Türkiyənin ədliyə naziri Yılmaz Tunç məlumat verib. Bildirilib ki, meşə yanğınlarına müdaxilə zamanı həyatını itirən meşə işçiləri Axtarış və Xilasetmə İctimai Birliyi (AKUT) könüllülərinin nəşləri kimlik müəyyənləşdirilməsi və DNT analizlərinin aparılması məqsədilə Rəsmi ekspertiza başa çatdıqdan sonra nəşlərin ailələrinə təhvil veriləcək. Qeyd edək ki, yanğında Sercan Utmi, Hilmi Şahin, Eyip Dereli, Tolunay Kocaman, Enes Kızılyel, Muharrem Can, İlker Onarıcı, Tekin Enes Sarıyıldız, Bayram Eren Arslan ve Alperen Özcan həlak olub.

Ülkər Cəlilzadə / Metbuat.az

Seçilən
41
metbuat.az

1Mənbələr