ABŞ Prezidenti Donald Tramp milyarder İlon Maskın biznesini münaqişəyə görə məhv etməyəcək.
Publika.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində məlumat verib.
"Hamı deyir ki, mən ABŞ hökumətinin külli miqdarda subsidiyalarının hamısını olmasa da, bir hissəsini götürüb İlonun şirkətlərini məhv edəcəyəm. Səhv! Mən İlonun və ölkəmizdəki bütün sahibkarların heç vaxt olmadığı kimi çiçəklənməsini istəyirəm. Onlar nə qədər yaxşı olsa, ABŞ da bir o qədər yaxşı olar", - ABŞ lideri yazıb.
Tramp və Mask arasında ictimai mübahisə iyunun 5-də baş verib. Sahibkar vətəndaşlar üçün vergi güzəştləri haqqında qanun layihəsini tənqid edib. Buna cavab olaraq Tramp büdcə vəsaitlərinə qənaət etmək üçün Maskın layihələri üçün subsidiyaların və müqavilələrin ayrılmasını dayandırmağı təklif edib.
Bundan sonra "X" sosial şəbəkəsində keçmiş dostlar arasında mübahisə başlayıb və bu zaman Mask bildirdib ki, onun dəstəyi olmasaydı, Tramp ABŞ prezident seçkilərində qalib gələ bilməzdi.