İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağındakı vəziyyətin nizamlanması üzrə Dohada aparılan danışıqlarda iştirak edən nümayəndə heyətinə geri dönməyi tapşırıb.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin dəftərxanası məlumat yayıb.
“Bu gün səhər HƏMAS-dan alınan cavabdan sonra nümayəndə heyətinin İsrailə qayıdaraq əlavə məsləhətləşmələr aparmasına qərar verildi”, – deyə açıqlamada qeyd olunub.
Danışıqların növbəti dəfə çıxılmaz vəziyyətə düşdüyü bildirilir.
Natiq Səlim,
KONKRET.az