AZ

Masazırda sakinləri narahat edən antisanitar vəziyyət aradan qaldırılıb – VİDEO – YENİLƏNİB

Abşeron rayonu, Masazır qəsəbəsində uzun müddət sakinlərin narazılığına səbəb olan antisanitar vəziyyət nəzarətə götürülüb və aradan qaldırılıb.

Bakues.az-ın əldə etdiyi məlumata görə, polis və aidiyyəti qurumların müdaxiləsi ilə ərazidə təmizlik və sanitariya işləri görülüb, problem tam şəkildə həllini tapıb.

Sakinlər ərazidə aparılan işlər üçün təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, problem Bakues.az tərəfindən işiqlandırılmışdı.

23:07:2023 – 16:14

Masazır qəsəbəsi Nəsrəddin Tusi küçəsi zibil poliqonuna çevrilib.

Bununla bağlı Masazır sakini Xasay Vəliyev Bakues.az-a şikayət göndərib.

Şikayətçi bildirib ki, sözügedən küçədə zibillər vaxtında yığışdırılmır.

Gecə boyu yığılan zibillər piyadaların gediş-gəlişinə mane olmaqla yanaşı, antisanitar vəziyyət yaranıb.

Xüsusən də, isti yay aylarında zibillərin ətrafa yaydığı üfunət qoxu dözülməz həddə çatıb.

Mövzuya aid videogörüntünü təqdim edirik:

https://bakues.az/public/uploads/2025/07/bakues_096257da9520a54e9dfb80c6a353933b_elx0p5h9kam3j6itq1sy.mp4

Seçilən
85
icma.az

1Mənbələr