
Uzun müddətdir anası Kadriye Deniz, qardaşı Ercan Deniz və bacısı Yurda Güler ilə yaşadığı problemlərlə gündəmdə olan müğənni və aktyor Özcan Deniz, fevral ayında ürək spazmı keçirdiyi üçün xəstəxanaya yerləşdirilmiş, anjiyo olunmuşdu. Daha sonra Deniz, qardaşı barəsində 3 aylıq uzaqlaşdırma qərarı aldırmışdı.İndi isə müğənni, qardaşının borclarına zamin olduğu üçün böyük bir böhranla üz-üzə qalıb. Ercan Deniz borclarını ödəmədiyi üçün banklar Özcan Denizin qapısını döyüb. Nəticədə onun hesablarına haciz qoyulub.Bütün əmlakı və gəlirinə əl qoyulan müğənni, layihələrini ləğv etmək məcburiyyətində qalıb.Ulusum.az
Diqqət Çəkənlər
Bezos deyir: Bacarıq Tanrının payıdır, gələcək isə sənin seçimin
Azərbaycanın ilk qadın gəmi kapitanı barəsində bədii film gəlir
Doğum günü faciəyə çevrildi:18 yaşlı gənc dənizdə həyatını itirdi - VİDEO