Bakı.Trend:
Azərbaycanın sağlamlıq turizm imkanlarının və sağlamlıq turizmməhsullarının beynəlxalq miqyasda tanıdılması, təbliğatınınaparılması istiqamətində Dövlət Turizm Agentliyi tərəfindənintensiv iş aparılır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət TurizmAgentliyindən məlumat verilib.
Bildirilir ki, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı iləxarici sərgilərdə Azərbaycanın sanatoriya-kurort müəssisələri dəiştirak edərək bu sahədə təbliğatın aparılmasına dəstəkverirlər:
"Son illərdə bu sahəyə marağın artması ilə əlaqədar bir sıraturizm şirkətləri yerli sanatoriya və müalicə mərkəzləri iləəməkdaşlıq çərçivəsində müxtəlif turpaketlər hazırlayırlar.
2024-cü il ərzində Azərbaycanın sağlamlıq turizmi xidmətlərindənfaydalanmaq üçün ümumilikdə 23 272 nəfər xarici vətəndaş səfər edibki, bu sayın təxminən 83.4%-ni MDB ölkələrindən gələnlər təşkiledib. Səfər edənlər arasında ilk beşlikdə Rusiya Federasiyası (15360 nəfər), Qazaxıstan (2 199 nəfər) , Türkiyə (1311 nəfər),Gürcüstan 1068 (nəfər) və Özbəkistan 935 (nəfər) vətəndaşları yeralır. İlk onluqda Qırğızıstan, Türkmənistan, Tacikistan, Ukrayna vəBelarus kimi ölkələr sıralanır".
Qeyd edilib ki, iyulun 17-də “Sağlamlıq turizminin inkişafı üzrəişçi qrupu”nun iclasında İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi,Dövlət Neft Şirkəti, Azərbaycan Milli Elmlər Akademiyası, İcbariTibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələriniİdarəetmə Birliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi,Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji KəşfiyyatAgentliyi, Naftalan Şəhər İcra Hakimiyyəti kimi dövlət qurumlarınınnümayəndələri və ekspertlər iştirak edib.
"İşçi qrup tərəfindən “Sağlamlıq turizminin inkişafında Naftalanneftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında”Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabrtarixli 308 nömrəli Sərəncamının icrasının təmin edilməsi” barədəNazirlər Kabinetinin 8 oktyabr 2024-cü il tarixli 515s nömrəliSərəncamının bəndlərinin icrasının təmin olunması məqsədiləhazırlanan sənədlərin cari vəziyyəti ilə bağlı müzakirə keçirilib.Həmçinin “Naftalan” kurortunda asudə vaxtın təşkil edilməsibarəsində fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.Naftalanı ziyarət edən turistlərin sağlamlıq-kurortmüəssisələrindən istifadəsi ilə yanaşı, asudə vaxtlarında digərsosial-mədəni fəaliyyətlərdən istifadə etmələri üçün mövcudşəraitin inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub", - qurumdanəlavə olunub.