AZ

Sərnişin müdaxiləsi metroda eskalatorun dayanmasına səbəb olubVİDEO

Bakı metrosunda eskalator dayanıb, bu səbədən vətəndaşlar pilləkənləri piyada qalxmağa məcbur qalıblar.

Bu barədə görüntüləri “Xəzər Xəbər”in qaynar xəttinə göndəriblər.

Xezerxeber.az-ın məlumatına görə, bildirilib ki, dünən axşam saatlarında metronun “Avtovağzal” stansiyasının eskalatoru dayanıb. Nəticədə vətəndaşlar eskalatoru piyada qalxıblar.

 Bəs stansiyada eskalatorun dayanmasına səbəb nə olub?

Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə eskalatora sərnişin müdaxiləsi səbəbindən baş verib. “Diqqətə çatdırırıq ki, eskalatorlar ən mürəkkəb texniki qurğulardan sayılmaqla, onların iş rejimi, texniki vəziyyəti, sanitar-gigiyenik normaların tələblərinə uyğun olması, xüsusi diqqət mərkəzində saxlanılır”,- deyə Bəxtiyar Məmmədov əlavə edib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
86
xezerxeber.az

1Mənbələr