AZ

Rusiya Ordusu Donetskdə daha iki yaşayış məntəqəsini ələ keçirib

Rusiya Silahlı Qüvvələrinin “Mərkəz” qruplaşmasının Krasnoarmeysk istiqamətində apardığı hücum əməliyyatları nəticəsində Donetsk Xalq Respublikasında yerləşən Novoekonomiçeskoye və Zverovo yaşayış məntəqələri nəzarətə götürülüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Telegram kanalında məlumat yayıb.

“Mərkəz” qruplaşması tərəfindən Novoekonomiçeskoye və Zverovo yaşayış məntəqələri nəzarətə götürülüb”, – deyə nazirlikdən bildirilib.

Seçilən
60
nocomment.az

1Mənbələr