AZ

Zəngəzur dəhlizi Azərbaycanın və Ermənistanın suveren işidir - Peskov

Zəngəzur dəhlizi məsələsi Azərbaycanın və Ermənistanın suveren işidir.

Avtosfer.az-ın “Report”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya iki ölkə arasında danışıqlara hər cür dəstək verir.

"Biz Azərbaycan və Ermənistan arasında danışıqları dəstəkləyirik. Bakı və İrəvanın mümkün qədər tez müqavilə imzalamasını arzu edirik. Bununla yanaşı, əgər tələb olunarsa, bu prosesə hər cür yardım göstərməyə hazırıq", - D.Peskov qeyd edib.

Seçilən
16
1
avtosfer.az

2Mənbələr