AZ

Bakıda səkini parklanmaya çevirmək istəyənlər cəzalandırıldılarVİDEO

Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində qanunsuz parklanmaya cəhdin qarşısı alınıb.

Xezerxeber.az-ın məlumatına görə, ərazidə piyada səkisi dağıdılaraq parklanama zonası yaradılırmış. 

Hətta yolun kənarındakı ağacların dibinə asfalt tökülüb. 

Sakinlərin sözlərinə görə, ərazidə bu işlər bir neçə gündür ki, aparılıb. Ancaq şikayətlərdən sonra işlər dayandırılıb.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, qeyd olunan ərazidə görülən işlər agentliyin tabeliyində fəaliyyət göstərən "Bakı 4 N-li Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti  tərəfindən baş idarəyə məlumat verilmədən və müvafiq razılaşdırmalar olmadan özbaşına həyata keçirilib.  

Bildirilib ki, Agentliyin İdarə Heyəti sədrinin tapşırığına əsasən, qeyd olunan qanunsuz hərəkətə yol verən MMC-nin direktoru və məsul şəxsləri ciddi şəkildə intizam məsuliyyətinə cəlb edilib, onlara sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Eyni zamanda dəymiş ziyanın aradan qaldırılması məqsədilə dağıdılmış səki hissəsinin qısa müddət ərzində bərpa olunması tapşırılıb və bunun üçün tələb olunan xərclərin məsul şəxslərin aylıq əməkhaqqılarından tutulması qərara alınıb.

Qurum vətəndaşlardan xahiş edir ki, yol infrastrukturuna müdaxilə halları ilə rastlaşdıqda bu barədə Agentliyə və ya aidiyyəti qurumlara məlumat versinlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 

Seçilən
84
xezerxeber.az

1Mənbələr