Aİ ABŞ ilə tarif razılaşmasının qaçılmaz olduğunu görür
Avropa İttifaqı (Aİ) Komissiyası ABŞ-la tariflərlə bağlı intensiv müzakirələr apardıqlarını və razılaşmanın əldə oluna biləcəyini bildirdi.
Aİ Komissiyasının sözçüsü Olof Gill Brüsseldə gündəlik mətbuat konfransında AB ilə ABŞ arasında tariflərlə bağlı davam edən danışıqlarla bağlı açıqlamalar verib.
Tramp bildirib ki, Aİ bazarını Amerika bizneslərinə açsa, daha aşağı tariflər ödəyəcək.
Razılaşma əldə etməyə fokuslandıqlarını ifadə edən Gill, "ABŞ ilə danışıqlar yolu ilə nəticə əldə etməyi hədəfləyirik. Belə bir nəticənin əldə edilə biləcəyinə inanırıq" dedi.
Bu arada, Aİ-yə üzv ölkələr bu gün ABŞ-la ticarət razılaşması olmadığı təqdirdə hədəfə alınacaq 93 milyard avro dəyərində ABŞ mallarını hədəfləyən tədbirlərə səs veriblər.
Bu, hər biri 21 milyard avro və 72 milyard avro dəyərində daha əvvəl hazırlanmış iki əks tədbir paketini vahid siyahıda birləşdirir. Əgər ABŞ ilə razılıq əldə olunmazsa, Aİ-nin cavab tədbirlərinin avqustun 7-dən etibarən mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Aİ Komissiyası Aİ üzv dövlətlərini ticarət məsələləri üzrə təmsil edir. Hazırda Aİ Komissiyası və ABŞ rəsmiləri rüsumlarla bağlı razılaşma üzrə danışıqlar aparır.
ABŞ prezidenti Donald Tramp bu həftə Yaponiya ilə ticarət sazişi üzrə danışıqların başa çatdığını və Yaponiyanın ABŞ-a 15% rüsum ödəyəcəyini açıqlamışdı.
Son zamanlar ABŞ-ın Aİ ilə oxşar razılaşma əldə edə biləcəyi ilə bağlı gözləntilər artıb.
Tramp vəzifəyə gəldikdən sonra Aİ ölkələrindən polad və alüminium idxalına 50%, avtomobil sektoruna 25%, digər məhsullara isə 10% rüsum tətbiq edib.
Tramp AB-yə göndərdiyi tarif məktubunda avqustun 1-dən etibarən Aİ ölkələrindən ABŞ-a göndərilən bütün məhsullara sektor tariflərindən ayrı olaraq 30% rüsum tətbiq ediləcəyini açıqlayıb.
aia.az
Tərcümə şöbəsi