AZ

“Filenin sultanları” 1/4 final mərhələsində məğlub olub


Polşada təşkil olunan FIVB Voleybol Millətlər Liqasının Final mərhələsində Türkiyənin qadınlardan ibarət voleybol millisi turnirlə erkən vidalaşıb.
Yeniavaz.com 
xəbər verir ki, “Filenin sultanları” 1/4 final mərhələsində Yaponiya yığmasına 2:3 hesabı ilə məğlub olaraq yarışdan kənarlaşıb.
Matç gərgin idman mübarizəsi ilə yadda qalsa da, oyunun son taleyini hakim qərarı müəyyənləşdirib. Həlledici beşinci setdə verilən mübahisəli qərar Türkiyə millisinin ümidlərini puç edib.
Ferhat Akbaşın baş məşqçisi olduğu Yaponiya komandası dramatik qarşılaşmanın sonunda qalib gələrək yarımfinala yüksəlib.
Seçilən
106
1
yeniavaz.com

2Mənbələr