AZ

"Araz-Naxçıvan" hesabı bərabərləşdirdi - YENİLƏNİR

Bu gün Azərbaycanın daha iki təmsilçisi avrokubok oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Aris"lə qarşılaşacaq.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Yunanıstan təmsilçisini "Dalğa Arena"da sınağa çəkəcək.

Son mövsümün bürünc medalçısı yay fasiləsində heyətini əhəmiyyətli dərəcədə gücləndirib. İlk növbədə aparıcı oyunçularını qoruyub saxlayan "qırmızı-ağlar" Bar Cohen (“Makkabi Netaniya”, İsrail), Çance Simakala ("Osnabruk", Almaniya), Bruno Franko ("Lokomotiv", Bolqarıstan), Çarles Boli ("Apollon", Kipr), Patrik Andrade ("Qarabağ") və Hamidu Keytanı ("Konyaspor", Türkiyə) heyətinə cəlb edib.

matç Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Andrey Kivulete yan xətt hakimləri qismində Mirça Mihail Qriqoriu və Andrey Qabriel Konstantinesku kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Radu Petresku yerinə yetirəcək.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü iyulun 31-də Yunanıstanda Bakı vaxtı ilə saat 22:15-də keçiriləcək. 

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
24 iyul

20:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) 0:1 (ikinci hissə)

Qollar: Loren Moron, 66, Felipe Santos, 75


Hakimlər: Andrey Kivulete, Mirça Mihail Qriqoriu, Andrey Qabriel Konstantinesku, Radu Petresku (hamısı Rumıniya)
Bakı. "Dalğa Arena".

"Araz-Naxçıvan": 12. Kristian Avram, 3. Bəxtiyar Həsənəlizadə, 4. İqor Ribeiro, 6. Patrik Andrade, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 19. Bar Kohen, 29. Vanderson Melo, 34. Ürfan Abbasov (k), 70. Çarls Boli, 77. Bruno Aleksander

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 7. Hamidu Keyta, 14. Ülvi İskəndərov, 16. Ramon Maçado, 22. Elçin Mustafayev, 23. Nuno Rodriqeş, 26. Ömər Buludov

"Aris": 33. Afanasiadis, 4. Leismann, 7. Çarles Perez, 8. Monçu (k), 10. Račić, 14. Brabek, 27. Fadiqa, 37. Mendil, 80. Loren Moron, 97. F. Yensen, 99. Diandi

Ehtiyat oyunçular: 21. Maykiç, 91. Karaj, 15. A. Tejero, 17. Fridek, 18. Morutan, 24. Alvaro, 28. Dudu, 41. Xarupas, 70. Gianniotas, 77. Panagidis

Seçilən
27
fanat.az

1Mənbələr