Uzun illər ən faydalı tərəvəzlərdən biri kimi tanınan turpun bəzi hallarda sağlamlığa zərər verə biləcəyi məlum olub. Uzmanların açıqlamasına görə, xüsusilə seralarda erkən məhsul almaq üçün yetişdirilən turplarda istifadə olunan gübrələrin miqdarı yüksək olduqda, nitrat tərkibi artır. Bu da nitrat zəhərlənməsi riskini yarada bilər. Parlaq rəngli və acı dadlı turplar daha təhlükəli sayılır və baş ağrısı, ürəkbulanma, uşaqlarda qan dövranı pozğunluğu kimi əlamətlərə səbəb ola bilər.
News24.az xəbər verir ki, aç qarına və ya həddindən artıq miqdarda yeyildikdə turp mədə selikli qişasını qıcıqlandıra bilər. Bu, şişkinlik, mədə yanması, hətta mövcud qastrit və ya xora xəstəliklərinin ağırlaşmasına yol aça bilər.
Mütəxəssislər həmçinin tiroid problemi olanları da xəbərdar ediblər. Turpun tərkibindəki bəzi maddələr orqanizmdə yodun mənimsənilməsinə mane olur ki, bu da tiroid xəstələri üçün risklidir. Bu səbəbdən belə şəxslərə turpu məhdud miqdarda istifadə etmək tövsiyə olunur.
Sağlam insanlar gündə 5–7 ədəd turp yeyə bilər, lakin 3 yaşdan kiçik uşaqlara turp verilməsi tövsiyə olunmur.
Xeyrənsə Piriyeva