AZ

Yəmənin ən böyük aviabazalarından birində partlayışlar oldu

BAKI, 24 iyul. TELEQRAF

Yəmənin cənubundakı Lahc əyalətində yerləşən Əl-Anad hərbi aviabazasında silsilə partlayışlar baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Yəmənin “Əl-Məşhəd” nəşri məlumat yayıb.

Məlumata görə, iyulun 24-də axşam saatlarında aviabazanın silah anbarlarından birində partlayışlar baş verib.

Bildirilir ki, hərbi obyektin üzərindən tüstü qalxıb, bazaya yaxın ərazilərdə və qonşu Ədən əyalətinin kənarında partlayış səsləri eşidilib.

Əl-Anad aviabazası ölkənin ən böyük bazalarından biridir.

Seçilən
20
4
teleqraf.com

6Mənbələr