AZ

"Vulverhempton" kolumbiyalı ilə müqavilə imzalayıb

"Vulverhempton" klubu kolumbiyalı yarımmüdafiəçi Con Aryasın transfer edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə dörd illik müqavilə imzalanıb. Müqavilədə əlavə olaraq daha bir il uzadılma imkanı da nəzərdə tutulub.

Aryas Premyer Liqaya Braziliyanın "Fluminense" klubundan transfer olunub. Onun bu keçidində yayda keçirilən Klublararası Dünya Çempionatındakı parlaq çıxışının böyük rol oynadığı bildirilir.

Kolumbiyalı futbolçu "canavarlar"ın heyətində tanış simalarla yenidən bir araya gələcək: o, daha əvvəl "Fluminense"də birlikdə oynadığı braziliyalı Andre ilə və Kolumbiya yığmasından komanda yoldaşı olan Yerson Moskera ilə "Vulverhempton"da qüvvəsini birləşdirəcək.

Son illərdə Aryas Cənubi Amerikada özünü əsas oyun qurucularından biri kimi təsdiqləyib. O, bir sıra titulların sahibi olub və Kolumbiya millisinin heyətində 31 oyuna çıxıb.

Bu transfer "Vulverhempton"un yarımmüdafiə xəttini təcrübəli və universal oyunçu ilə gücləndirmək istədiyini göstərir.

Seçilən
72
90deqiqe.az

1Mənbələr