AZ

Ağır avtoqəza: əvvəlcə piyadanı öldürdü, sonra mağazaya çırpıldıVİDEO

Balakən rayonunun Qullar kəndində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Xezerxeber.az-ın məlumatına görə, avtomobil əvvəlcə piyadanı vurub, sonra isə mağazaya çırpılıb.

Sakinlərin dediyinə görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetmədən çıxıb. Maşın əvvəlcə yol kənarında dayanan piyada, 32 yaşlı Günel Bahalovanı vurub, sonra isə mağazaya çırpılaraq dayanıb.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb, nəqliyyat vasitəsinin sürücüsü, 29 yaşlı İmam Babazadə isə ağır xəsarət alıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 



 

Seçilən
102
xezerxeber.az

1Mənbələr