Moskva "Spartak"ının baş məşqçisi və Serbiya futbolunun əfsanəsi Deyan Stankoviçin oğlu Aleksandar Stankoviç "İnter" klubunu tərk edib.
90deqiqe.Az xəbər verir ki,19 yaşlı futbolçu karyerasını Belçikanın "Brügge" klubunda davam etdirəcək.
Gənc yarımmüdafiəçi ilə dörd illik müqavilə imzalanıb. Transferin dəyəri 9,5 milyon avro olaraq qiymətləndirilir.
Aleksandar Stankoviç "neradzurrilər"in akademiyasının yetirməsidir və uzun illər Milan klubunun aşağı yaş qruplarında çıxış edib.
O, ötən mövsümü İsveçrədə icarədə keçirib və "Lüsern" klubunun heyətində sabit oyun praktikası qazanıb. Əsas mövqeyi dayaq yarımmüdafiəçisi olan Stankoviç, həmçinin müdafiənin mərkəzində və mərkəz xəttin hücumameylli hissəsində də oynaya bilir.