"Çelsi"nin vingeri Rəhim Sterlinq karyerasını "Bayer" klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın “Caught Offside"yə istinadən verdiyi məlumata görə, Leverkuzen təmsilçisi 30 yaşlı futbolçunun xidmətlərində israrlıdır. Bundesliqa təmsilçisi təcrübəli futbolçunun yay transfer dönəmində icarəyə götürülməsi imkanını araşdırır. Lakin bu istiqamətdə hələlik ciddi irəliləyiş qeydə alınmayıb.
"Çelsi" Sterlinqi satmaq niyyətindədir və London klubu onun üçün 25 milyon funt sterlinq tələb edir. Digər tərəfdən, "Bayer" yalnız müvəqqəti – icarə əsasında transferə razıdır və bunu da o halda həyata keçirməyə hazırdır ki, futbolçunun maaşının bir hissəsini "Çelsi" özü ödəsin.
Məlumata əsasən, tərəflər arasında danışıqlar yaxın günlərdə başlaya bilər, lakin hazırda alman klubunun marağı ilkin mərhələdədir.
Xatırladaq ki, ötən mövsümdə Sterlinq icarə əsasında "Arsenal"ın heyətində çıxış edib. Onun "Çelsi" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 10 milyon avro olaraq qiymətləndirir.