ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
Almaniya hər il 40 minə qədər 18 yaşlı gənci hərbi xidmətə çağırmağı planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
“Almaniya hər il 40 minə qədər 18 yaşlı vətəndaşı könüllü hərbi xidmətə cəlb etməyi planlaşdırır “, – məqalədə deyilir. Onlar 2031-ci ilə qədər bu rəqəmə çatmağı planlaşdırırlar. Həmçinin Almaniyanın yaxşı maaş və çevik iş saatları təklif edəcəyi bildirilir.
Bundan əlavə, Almaniyada silahlı qüvvələrin sayının 2035-ci ilə qədər 182 min nəfərdən 260 min nəfərə yüksələcəyi bildirilir. Böhran zamanı ehtiyatda olanların sayı 60 min nəfərdən 200 min nəfərə yüksələcək.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.