Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Ermənistan dəhlizin Sünikdən keçən 42 kilometrlik hissəsini icarəyə vermək fikrindən vaz keçib.”
APA xəbər verir ki, bunu Ermənistanın “Mülki müqavilə” fraksiyasından olan deputatı Arman Eqoyan deyib.
“Dəhlizin Sünik rayonundan keçən hissəsinin icarəyə verilməsi ideyası ABŞ tərəfindən irəli sürülüb. Lakin Ermənistan bu formatı qəbuledilməz hesab edib. Biz riski funksiyaların özlərində deyil, icarədə gördük. Bu, suverenlik məsələlərində güzəştlərə səbəb ola bilər. Bu variant bizim üçün qəbuledilməz idi", - o qeyd edib.
Deputatın sözlərinə görə, tərəflər arasında fikir mübadiləsi aparılıb, lakin Ermənistan tərəfinin imtinasından sonra müzakirəyə son qoyulub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.