Tayfunlar, tropik tufanlar və musson yağışları Filippində həyatı alt-üst edir
Co-May Tayfunu, Fransisko tropik qasırğası və Filippinə təsir edən musson yağışlarının yaratdığı əlverişsiz hava şəraiti səbəbiylə paytaxt Manilada təhsil dayandırılıb və bir çox uçuşlar ləğv edilib.
Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, Mülki Müdafiə İdarəsi sakinlərə Ko-May tayfunu və Fransisko tropik fırtınası səbəbindən kəskin hava şəraiti, daşqın və torpaq sürüşmələrinə hazırlaşmaq barədə xəbərdarlıq edib.
Filippin Prezident Sarayından verilən açıqlamada, tayfun, tropik tufan və musson yağışları səbəbindən Manila da daxil olmaqla 35 əyalətdə təhsilin dayandırıldığı açıqlanıb.
Yerli aviaşirkətlər güclü yağışlar səbəbindən çoxsaylı daxili və beynəlxalq reyslərin ləğv edildiyini bildiriblər. Filippin Mülki Aviasiya Administrasiyası (CVA) 70 reysin ləğv edildiyini açıqlayıb.
Bu arada, bu həftənin əvvəlində Filippini əhatə edən "Wipha" tropik qasırğası, həmçinin "Fransisko" tropik fırtınası və Ko-May tayfunu nəticəsində ölənlərin sayı 12-yə çatıb.
aia.az
Tərcümə şöbəsi