AZ

İran Knessetin qərarını qınadı

BAKI, 24 iyul. TELEQRAF

İran Xarici İşlər Nazirliyi Knessetin İsrailin suverenliyinin İordan çayının qərb sahilinə qədər genişləndirilməsi təklifini qınayıb.

Teleqraf xəbər verir ki, məlumatı İran XİN yayıb.

Açıqlamada deyilir ki, Knessetin bu qərarı İsrailin "Qəzza zolağında soyqırımı və Təl-Əvivin İordan çayının qərb sahilində insan haqlarını pozması ilə yanaşı, İsrailin məqsədinin Fələstinin tamamilə məhv etmək olduğunu göstərir".

Xarici İşlər Nazirliyi həmçinin bütün hökumətlərə və beynəlxalq təşkilatlara fələstinlilərin öz müqəddəratını təyin etmək və İsrail işğalından azad olmaq hüququnu təşviq etmək üçün hüquqi, mənəvi və siyasi məsuliyyətlərini xatırladıb.

Seçilən
112
2
teleqraf.com

5Mənbələr