AZ

“Napoli” Sterlinqin transferi üçün hərəkətə keçib

 “Çelsi”nin vingeri Rəhim Sterlinq İtaliyanın “Napoli” klubunun diqqət mərkəzinə düşüb.

90deqiqe.Az-ın “La Gazzetta dello Sport”a istinadən verdiyi məlumata görə, 30 yaşlı futbolçu neapolluların transfer siyahısında yer alır və onun namizədliyi yeni baş məşqçi Antonio Konte tərəfindən də təsdiqlənib. “Napoli” artıq ingilis futbolçunun agenti ilə əlaqə saxlayıb.

Sterlinqdən əlavə, “Napoli”nin maraq dairəsində daha iki ulduz futbolçu – “Mançester Siti”dən Cek Qriliş və transfer hüquqları hazırda “Liverpul”a məxsus olan Federiko Kyeza da var.

Hazırda Sterlinqin transfer hüquqları “Çelsi” klubuna məxsusdur. O, ötən mövsümü icarə əsasında “Arsenal”da keçirib və Premyer Liqada 17 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
83
90deqiqe.az

1Mənbələr