ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
"Azərbaycan dövləti daxili və xarici siyasətini formalaşdıra bilib, xarici siyasətində demək olar ki, zərgər dəqiqliyi ilə bir siyasət formalaşdırıb. Bunu da dünya dövlətləri görür. Heç təsadüfi deyil ki, Amerikanın dövlət başqanı Donald Tramp prezident İlham Əliyevin Şuşadakı çıxışını paylaşır və orada Azərbaycan prezidentinin fikirlərinə nə qədər önəm verdiyini biz görürük. Bu, çox ciddi məsələdir. Azərbaycan dövlətinin müdrik siyasəti gerçəkdən də yeni tarix yazır. Azərbaycanda bu tarixi sırf savaş meydanında deyil, həm də diplomatiyada, diplomatik meydanda yazır. Bu irəliləmələr onu göstərir ki, Azərbaycan həm region, həm də ümumiyyətlə qlobal prosesin əsas parçasına çevrilməyi düşünür. Təbii ki, bu, İran və Rusiya kimi dövlətləri qıcıqlandıracaq".
Bu barədə Bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli açıqlamasında bildirib ki, Azərbaycan bu basqılardan necə qurtulacağını da yaxşı bilir və bu istiqamətdə işlərini qurur. Siyasi şərhçi hesab edir ki, Rusiya və İran bundan doğru düzgün nəticə çıxarsalar və təzyiq siyasəti aparmaq yerinə Azərbaycan dövləti ilə uzlaşsalar, Azərbaycan dövləti ilə hesablaşsalar və Azərbaycan dövlətinin ortaya qoyduğu təşəbbüsləri dəstəkləsələr daha yaxşı olar.
Sadiq İsabəyli
"Bu təşəbbüslər bölgədə və dünyada sülhün, sabitliyin, əməkdaşlığın, yeni dünya düzənində müasir modelin ortaya çıxmasına xidmət edir. Amma köhnə beyinlə, köhnə düşüncələrlə, imperiya təfəkkürü ilə yaşayan dövlətlər beyinlərini yeniləyə bilmirlərsə, ideoloji mahiyyətlərindən çıxa bilmirlərsə, demək ki, bu vəziyyət onların həm də çöküşünü sürətləndirir. İranın da antiAzərbaycan siyasəti o rejimin çöküşünü sürətləndirən bir siyasətə çevrilib"-deyə Sadiq İsabəyli qeys edib.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.