Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Keçən həftə Məsud Pezeşkian elan etdi ki, “mən öz prezidentlik öhdəliklərimi bölgə nümayəndələrinə verirəm. Onlar elə hər birisi bir prezident kimi öz fəaliyyətlərini sərbəst şəkildə apara bilərlər”. Əvvəl bunu əsaslandırdı ki, guya İsrail onu öldürə bilər. Sonra dedi ki, “yox, bu əhaliyə daha sürətli, daha tez və mərkəzdən qərar gözləmədən xidmətin olunması, işlərin daha sürətli getməsi üçündür” və sonra ayrı-ayrı arqumentlər gətirməyə çalışdılar. Amma bunun icra mexanizmi yoxdur. Bölgədəki icra başçıları və quberniyalar hansı əsaslarla, mərkəzdən olan qərarları özləri qəbul edəcəklər? Belə bir mexanizm onlarda yoxdur ki, prezidentin statusuna uyğun davrana bilsinlər. Digər tərəfdən, biz bilirik ki, quberniyaları İranın Daxili İşlər naziri seçir, onlar o bölgələrə təyin olunurlar. Bu gün Daxili İşlər Nazirliyinin rəhbərliyində olan şəxs SEPAHİ–Pasdarana bağlı biridir,özü SEPAH-ın üzvü olub. Yüksək rütbəli və Xameneininvə SEPAH-ın inandığı adamdır”.
Bu barədə Bizimyol.info xəbər portalına dnaışan Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli açıqlamasında bildirib ki, SEPAH illər öncə öz adamlarını gətirib quberniyalara təyin etdi: “Bu gün Pezeşkianın “öz səlahiyyətlərimi olara verirəm” deməsi ona əsas verir ki,
birbaşa onların fəaliyyətinə SEPAHİ-Pasdaran nəzarət edəcək və əsas idarəçiliyi ələ alacaq. Bu da yumşaq bir "çevriliş" deməkdir. Bu çevrilişi artıq həyata keçiriblər”.
Sadiq İsabəyli
“Rejimin öz daxilindəkilər çaşqın vəziyyətdədir. Rejim normal bir dövlət kimi öz daxili və xarici münasibətlərini formalaşdıra bilmir. Rejimin bir məqsədi var, o da nüvə dövləti statusunu qazanmaqdır. İran ballistik raketlərdən istifadə edərək, guya müxtəlif adlar altında sınaqlar keçirir və düşünür ki, bu sınaqlar həm də Qərb dövlətlərinə, Avropaya bir göz dağı ola bilər. Demək istəyir ki, “mənim gücüm var” və mənim öz gücümün qorunmasında da bütün imkanlarım var. Rejim olduqca israrlıdır ki, öz nüvə fəaliyyətlərini bərpa etsin, nüvə dövləti statusunu əldə eləsin. Bu da qarşıdurmanı, savaşı qaçılmaz edir”-deyən Sadiq İsabəyli hesab edir ki, bu davranış rejimə ağır başa gələ bilər.
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.