BAKI, 24 iyul. TELEQRAF
Bu ilki imtahanlarda IV ixtisas qrupu üzrə 2 abituriyent 700 bal toplayıb.
Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, IV ixtisas qrupu üzrə Nurməmmədli Sona Məhəmməd qızı və Abdulsəmədli Orxan Fəxri oğlu 700 bal toplayıb.