UEFA Konfrans Liqasının II təsnifat mərhələsi matçında "Araz-Naxçıvan" "Aris" 2:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra mətbuat konfransında matçla bağlı fikirlərini bölüşüb:
"Maraqlı, dinamik oyuna şahidlik etdik. Rəqibin bizə sürpizlər hazırladığını bilirdik. "Aris"in heyətində yaxşı futbolçular var, komanda yaxşı təşkil olunub. Layiqli qələbə qazandıq. Oyun planında artım etmək olardı".
E.Baxşıyev rəqibin qol epizodu və Marinos Uzunidisin "ikinci oyun tamamilə fərqli olacaq", fikirlərinə münasibət bildirib:
"Bizi düşündürən rəqib yox, özümüzük. Komanda oyun planında və komanda ruhunda güclü olduğunu göstərdi. Mən VAR-ın tərədarıyam. Rəqibin hesabı açdığı həmin epizodda penalti var idi. Hakim davam dedi və nəticədə qol buraxdıq. Futbolu buraxıb hakimlikdən danışsaq, oyunu kölgədə qoymuş olarıq. Komandamız hazırlıq oyunlarından bəri daha möhkəm olub. Bu gün sürpriz etdiyimizi düşünmürəm".
Qeyd edək ki, cavab oyunu bir həftə sonra Yunanıstanda baş tutacaq.