GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Ukraynada müharibə 2034-cü ilə qədər və ya daha çox davam edə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı deyib
Onun sözlərinə görə, Ukrayna gələcəkdə öz müdafiəsinin qayğısına qalmasa, tammiqyaslı müharibə 2034-cü ilə qədər uzanacaq.
“Bu gün cəbhə xəttində əsas diqqət düşməni məhv etməyə yönəlib, qalan hər şey arxa cəbhədə baş verir. Əgər biz gələcəkdə öz müdafiəmizi formalaşdırmasaq, o zaman müharibə uzun müddət davam edəcək. Yəqin ki, 2034-cü ildə bitəcək”, – Zalujnı vurğulayıb.
Qeyd edək ki, iyulun əvvəlində Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri Ukraynada tammiqyaslı müharibənin müddəti ilə bağlı proqnozlarını yeniləyiblər. İlkin ssenariyə görə, intensiv hərbi əməliyyatlar 2025-ci ilin sonunda başa çatacaq. Fransanın strateji milli icmalına görə isə, Ukraynada müharibə daha 5 il davam edəcək.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.