AZ

"Aston Villa" Kamara ilə yeni müqavilə imzaladı

İngiltərənin “Aston Villa” klubu yarımmüdafiəçi Boubacar Kamara ilə yeni müqavilə imzalayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə razılaşma 2030-cu ilin yayınadək qüvvədə olacaq və növbəti beş mövsümü əhatə edir.

Kamara “Aston Villa”ya 2022-ci ilin yayında “Marsel”dən azad agent kimi transfer olunmuşdu. O zamandan bəri komandanın əsas fiqurlarından birinə çevrilən futbolçu indiyədək klubun heyətində 97 rəsmi oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Unai Emerinin rəhbərliyi altında uğurlu çıxışını davam etdirən “Aston Villa” ötən Premyer Liqa mövsümünü 6-cı pillədə tamamlayaraq 2025/2026 mövsümündə Avropa Liqasında iştirak hüququ qazanıb.

Kamaranın uzunmüddətli bağlılığı klubun gələcək planlarında ona xüsusi yer verildiyini göstərir.

Seçilən
39
90deqiqe.az

1Mənbələr