AZ

“Sabah” “Petrokub”u səfərdə məğlub etdi

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” II təsnifat mərhələsində ilk oyununa çıxıb.

Msport.az xəbər verir ki, komanda Moldovanın “Petrokub” kollektivinin qonağı olub.

Kişineudakı “Zimbru” stadionunda keçirilən görüş “Sabah”ın 2:0 hesablı səfər qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin qalibiyyət qollarını 82-ci dəqiqədə Pavol Şafranko və 90-cı dəqiqədə Kahim Parris vurub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 31-də “Bank Respublika Arena”da keçiriləcək.

Seçilən
66
4
msport.az

6Mənbələr