Bulvar və şəhər mərkəzi 7, 8, 9 yaşlı uşaqlarla doludur. Əllərində müxtəlif mallar gəlib gedənlərə təklif edirlər. Əslində birtərəfdən uşağın zəhmətə, işə alışdırılması müsbət tendensiyadır. Ancaq bu formada olmamalıdır. Uşaqların məcburi əməyə cəlb edilməsi qanunsuz haldır. Eyni zamanda cinayət faktıdır.
Amma hər kəs görə bu qanunsuzluqlar, gözümüzün önündə cərəyan edir.
Səlahiyyətli orqanlar nə zamana qədər buna göz yumacaqlar? Gecə gec saatlarda 01.00-da və 02.00-da da uşaqlar Tarqovuda, Dənizkənarı Bulvarda qanunsuz ticarətə cəlb edilirlər.
Lütfən bu məsələnin qarşısının alınması üçün tədbir görülsün. Uşaq hüquqları ilə məşğul olan təşkilatların işi yalnız qrant almaq deyil. Bu məsələlərə də səssiz qalmaq olmaz. Media bu məsələni gündəmdə saxlamalıdır.
Rəşad Quliyev