AZ

Qusmanı işdən çıxarıldı

Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.

Milli.Az unikal-a istinadən xəbər verir ki, bu haqda sərəncamı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.

Qeyd edək ki, 75 yaşlı Mixail Qusman 30 ilə yaxın TASS strukturlarında işləyib. 2000-ci ildən "Güc formulu" teleserialının müəllifi və aparıcısıdır. O, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi və Rusiya Federasiyasının əməkdar jurnalistidir.

Qusman YUNESKO-nun Rabitə üzrə Beynəlxalq Proqramının Rusiya Komitəsinə rəhbərlik edir, YUNESKO-nun İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasının (IPDC) və Rusiya Federasiyasının YUNESKO üzrə Komissiyasının üzvüdür.

Milli.Az

Seçilən
62
41
milli.az

10Mənbələr