AZ

Lukaşenko: “Müharibəyə hazırlaşırıq — hər ehtimala qarşı”

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin müharibəyə hazırlaşdığını bildirib. Dövlət başçısı bu barədə Minsk vilayətinin Smoleviçi rayonu üzrə səfəri zamanı jurnalistlərlə söhbətində deyib.

Onun sözlərini prezidentin mətbuat xidmətinə yaxın olan “Pul Pervogo” Telegram kanalı yayıb.

“Qızlar, hazır olun. Müharibə başlasa, heç olmasa çörək yığmağa gedəcəksiniz”, – deyə Lukaşenko jurnalistlərə zarafatla müraciət edib.

“Mən də ümid edirəm ki, müharibə olmayacaq. Amma hər ehtimala qarşı hazırlaşırıq”, – o əlavə edib.

Prezident qeyd edib ki, ölkə müharibə istəmir, lakin baş verə biləcək istənilən hadisəyə qarşı hazırlıqlı olmalıdır.

Xatırladaq ki, bir qədər əvvəl Lukaşenko Belarus ordusunun pilotsuz uçuş aparatları ilə təchiz olunması barədə də açıqlama vermişdi.

//Samir Qurbanov, Editor.az

Seçilən
57
editor.az

1Mənbələr