Mixail Qusman TASS-ın birinci baş direktor müavini vəzifəsindən azad edilib.
KONKRET.az xəbər verir ki, bununla bağlı qərarı Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin imzalayıb.
Qeyd edək ki, Qusman son günlər Rusiya sosial şəbəkələrində sərt tənqid olunurdu. Tənqidlər onun Azərbaycanın Xankəndi şəhərinə səfəri və Azərbaycanla bağlı müsbət fikirləri ilə əlaqələndirilirdi.
Natiq Səlim,
KONKRET.az