AZ

“Yuventus”dan “Portu”ya

Portuqaliyanın “Portu” klubu müdafiəçi Albertu Koştanı heyətinə qatıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun transferi İtaliyanın “Yuventus” klubu ilə razılaşdırılıb və hər iki tərəf rəsmi olaraq keçidi təsdiqləyib.

 Koşta ilə 2029-cu ilin yayına qədər – beşillik müqavilə imzalanıb. Transferin maliyyə detalları da açıqlanıb: “Portu” bu keçid üçün 15 milyon avro ödəyəcək, məbləğ dörd il ərzində mərhələli şəkildə ödəniləcək. Bundan əlavə, müqavilədə 1 milyon avro həcmində bonus maddələri də nəzərdə tutulub.

Albertu Koşta ötən mövsüm A Seriyasında “Yuventus”un heyətində 9 oyunda meydana çıxıb, lakin məhsuldar nəticə ilə yadda qalmayıb.

Gənc müdafiəçinin “Portu”ya keçidi klubun gələcəyə yönəlik müdafiə xəttini gücləndirmək strategiyasının bir hissəsi kimi dəyərləndirilir.-

Seçilən
62
90deqiqe.az

1Mənbələr