AZ

700 bal toplayan Şəki məktəblisi: Son ana qədər Kimya suallarında tərəddüd etdim

BAKI, 24 iyul. TELEQRAF

“Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini seçəcəm”.

Bunu Teleqraf-a danışan lV ixtisas qrupu üzrə 700 baltoplayan OrxanAbdulsəmədli deyib.

O bildirib ki, nəticə gözlənilən olub:

“İmtahandan sonra cavabları yoxlamışdım. Səhvimin olmadığını görmüşdüm. Ailəm və müəllimlərim də bu nəticəni gözləyirdilər. Kiçik yaşlarımdan yaxşı oxumuşam.9-cu sinifdən etibarən isə IV qrup üzrə ciddi hazırlaşmağa başladım. Həm məktəb, həm də getdiyim hazırlıqlarla bu nəticəni qazandım”.

Orxan Kimya fənnində situasiya suallarında çətinlik çəkdiyini də vurğulayıb: “Kimya sualları üzərində çox düşündüm. Xüsusilə situasiya suallarında vaxt çatdırmaq çətin idi. Amma son anda doğru qərar verdim”.

Seçilən
71
teleqraf.com

1Mənbələr