“Sabah” UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində səfər oyununda Moldovanın “Petrokub” klubu ilə qarşılaşıb.
90deqiqe.Az xəbər verir ki, “Zimbru” stadionunda baş tutan görüş Bakı təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
Oyunun əsas hadisələri ikinci hissədə yaşanıb. 84-cü dəqiqədə slovakiyalı hücumçu Pavol Şafranko hesabı açaraq komandasını önə çıxarıb. Matçın sonlarına yaxın, 90-cı dəqiqədə isə yamaykalı legioner Kahim Parris fərqi artıraraq yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, bu nəticə ilə “Sabah” növbəti mərhələyə yüksəlmək üçün önəmli üstünlük qazanıb. Cavab oyunu iyulun 31-də “Bank Respublika Arena”da baş tutacaq. Görüş saat 20:00-da başlayacaq.
Bakı klubu üçün bu nəticə həm UEFA reytinqi, həm də ölkə futbolunun beynəlxalq arenadakı nüfuzu baxımından önəmli əhəmiyyət daşıyır.