AZ

Ukrayna Prezidenti: Ən çətin vəziyyət Pokrovsk istiqamətindədir

Ukrayna Prezidenti Vladimir Zelenski cəbhə xəttində Ukrayna Silahlı Qüvvələri (USQ) üçün ən çətin vəziyyətin Donetsk vilayətində yerləşən və hazırda Kiyevin nəzarətində olan Pokrovsk (keçmiş adı – Krasnoarmeysk) istiqamətində müşahidə olunduğunu bildirib.

Dövlət başçısı bu barədə özünün “Telegram” kanalında yayımladığı axşam müraciətində məlumat verib.

“Bu gün Silahlı Qüvvələrin Baş komandanı Oleksandr Sırski ilə danışdım. Cəbhədəki vəziyyət, mövqelərimiz və fəaliyyətimiz barədə məlumatlar aldım. Pokrovsk hazırda gündəlik diqqət mərkəzimizdədir – ən çətin istiqamət məhz oradır”, – deyə Zelenski vurğulayıb.

Xatırladaq ki, daha əvvəl “Müçnoy” ləqəbli ukraynalı hərbçi bildirib ki, Rusiya Silahlı Qüvvələrinin şəhəri yan keçməsi halında Pokrovskdakı Ukrayna qüvvələri mühasirə təhlükəsi ilə üzləşə bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
87
editor.az

1Mənbələr