AZ

Lənkəranda mağazada yanır

LƏNKƏRAN, 24 iyul. TELEQRAF.

Hazırda Lənkərandakı Lənkəran şəhərinin “DOSA” adlanan ərazisində yerləşən mağazalardan biri yanır.

Teleqraf-ın cənub bürosunun verdiyi məlumata görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 2 texnikası və canlı qüvvəsi, həmçinin polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. İlkin məlumata əsasən, alov artıq ətrafdakı mağazalardan birinə də keçib.

Ərazi polis əməkdaşları tərəfindən nəzarətə götürülüb, mühafizə tədbirləri həyata keçirilir. Hazırda alovun yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınır.

Seçilən
58
3
teleqraf.com

3Mənbələr