AZ

Miqrantlarsız işçi çatışmazlığının öhdəsindən gələ bilmərik – RSPP

Miqrantlar olmadan biz işçi çatışmazlığının öhdəsindən gələ bilmərik.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) rəhbəri Aleksandr Şoxin əmək bazarı və sosial tərəfdaşlığa həsr olunmuş iclasda bildirib.

O əmin edir ki, yaxın 5 ildə Rusiya işçi qüvvəsi çatışmazlığı problemini yalnız əmək məhsuldarlığını artırmaqla həll edə bilməyəcək.

“Əmək bazarında 2,4 milyon – 3 milyondan çox insan çatışmır.

Miqrantların cəlb edilməsi prosesinin tənzimlənməsi əmək bazarı üçün əsas məsələlərdən biridir”, – o vurğulayıb.

Şoxin birbaşa deyib:

“Biz çətin ki, 2030-cu ilə qədər əmək məhsuldarlığını artırmaqla və ya başqa mənbələrdən istifadə etməklə bu problemi həll edə bilək”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
51
interpress.az

1Mənbələr