AZ

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.

“Report”un cənub bürosunun məlumatına görə, yanğın hadisəsi şəhərin mərkəzində, “DOSA” deyilən ərazisində qeydə alınıb.

Hazırda FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi yanğının söndürülməsinə cəlb olunub.

Polis əməkdaşları tərəfindən yanğın baş verən ərazi nəzarətə götürülməklə mühafizə tədbirləri həyata keçirilib.

Seçilən
34
3
report.az

4Mənbələr