AZ

Şəki məktəblisi MAKSİMUM NƏTİCƏ göstərib - FOTO

‎Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbinin məzunu IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərib.

‎Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin məzunu Orxan Abdulsəmədli IV ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb.

‎Qeyd edək ki, imtahanın I mərhələsində 300 bal toplayan istedadlı məzun hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
82
bizim.media

1Mənbələr