“Ermənistan yolun Sünikdən keçən 42 kilometrlik hissəsinin icarəyə verilməsi ideyasını rədd edib”.
Viral.az xəbər verir ki, bunu “Vətəndaş cəmiyyəti” fraksiyasından olan deputat Arman Eqoyan “Faktor TV”yə açıqlamasında deyib.
O bildirib ki, sözügedən yolun Sünik rayonundan keçən hissəsinin icarəyə verilməsi ideyası ABŞ tərəfindən irəli sürülüb, lakin Ermənistan bu formatı qəbuledilməz hesab edib.
Son Yazılar:
- Ermənistan Zəngəzur dəhlizini ABŞ-yə icarəyə verməkdən imtina ETDİ
- Daha bir “plastik cərrah” qalmaqalı – “Bədənim çürüyür”
- Mixail Qusman vəzifəsindən azad EDİLDİ
“Biz riski funksiyaların özlərində deyil, icarədə gördük. Bu, suverenlik məsələlərində güzəştlərə səbəb ola bilər. Bu variant bizim üçün qəbuledilməz idi”, – o qeyd edib.
Deputatın sözlərinə görə, tərəflər arasında fikir mübadiləsi aparılıb, lakin Ermənistan tərəfinin imtinasından sonra müzakirəyə son qoyulub.