UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında "Beşiktaş" evdə Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor Donetsk"lə qarşılaşıb.
Apasport.az xəbər verir ki, 2 ay sonra yenidən doğma azarkeşlərinin qarşısına çıxan “ağ-qaralar”ın oyunu uğursuz alınıb.
“Beşiktaş” 2:4 hesabı ilə uduzub.
"Şaxtyor”la "Beşiktaş" arasında cavab görüşü iyulun 31-də Polşanın Krakov şəhərindəki “Reymana” stadionunda keçiriləcək.