BAKI, 25 iyul. TELEQRAF
ABŞ Müdafiə Nazirliyi ukraynalı hərbi həkimlərin və səhra cərrahlarının hazırlanması üçün 4 milyon dollar ayıracaq.
Teleqraf xəbər verir ki, məlumatı Pentaqon yayıb.
Vəsait növbəti 12 ay ərzində veriləcək.
Bu müqavilə ABŞ və Ukrayna arasında ikitərəfli tərəfdaşlığın gücləndirilməsi təşəbbüsünün bir hissəsidir.