Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı 2025-ci ilin avqust ayı üçün vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Teleqraf xəbər verir ki, cədvəldə Baş nazirin müavinlərinin və şöbə müdirlərinin qəbul günləri əksini tapıb.
Qeyd edək ki, vətəndaşlarla görüşlər Nazirlər Kabinetinin Aparatının qəbul otağında keçiriləcək.
Qəbula yazılış ən azı bir iş günü əvvəldən həyata keçirilməlidir.